29.09.2021

Vaxtında verilən qərarın uğurlu nəticəsi

27-sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin növbəti daha genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonalarda yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və minaatanlardan  atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən  qoşunların bütün cəbhə boyu sürətli əks- hücum əməliyyatı başlaması barədə qərar verildi.Qarşıdurmalar qısa müddətdə şiddətləndi və İkinci Qarabağ müharibəsinə çevrildi.

Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini  itirən Azərbaycan Respublikası itirdiyi ərazilərini İkinci Qarabağ müharibəsi nəticəsində geri qaytardı.İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi.Azərbaycan işğal olunmuş ərazilərini azad etdi, tarixi ədaləti bərpa etdi.Bu gün Azərbaycan xalqı  müzəffər xalq kimi başını dik tutur, qürurlu yaşayır.

Xalqımız müharibə zamanı canını qurban vermiş qəhraman şəhidlərimizin əziz xatirəsini daim  uca tutur .Şanlı qələbənin əldə olunmasında canını vətənə qurban vermış şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin rolu böyükdür .Biz bu qələbəni qəhrəmanı oğullarımızın borcluyuq Azərbaycan  xalqı Qaraman şəhidlərimiz və qazilərimizlə fəxr edir.

Vətən müharibəsindən Silahlı Qüvvələrimizin 2800-yaxın nəfər hərbi qulluqçusu həlak oldu.

Azərbaycan ordusu 44-gün ərzində Erməni Silahlı Qüvvələrini darmadağın edib misli görünməmiş  zəfərə imza atdı, şanlı qələbə qazandı.

Təkcə cəbhədə deyil eyni zamanda siyasi meydanda qələbə Azərbaycanın oldu.

Prezident İlham Əliyev  dərin biliyi, məntiqi ilə ermənipərəst  medianın qarayaxma  kampaniyasını zərərsizləşdirə bildi , informasiya mübadiləsinin də qalibi oldu.

8-noyabr  Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı Şəhidlər xiyabanında Azərbaycan xalqaına müraciətində demışdir ki ,biz  bu tarixi qələbəni döyüş meydanında qazandıq

2020-ci il 8 noyabr Azərbaycan tarixində əbədi olaraq qalacaq., Bu tarix əbədi yaşayacaq.

Müharibə zamanı dünyanın bir çox dövlətləri Azərbaycanın haqlı mövqeyini müdafiə edərək,onun ərazi bütövlüyünü dəstəkləyəib onun yanında olduğunu bəyan etdi.Lakin bəzi  dövlətlər təcavüzkar Ermənistanı dəstəkləyirdilər.

Vətən müharibəsinin uğurlu sonluğu bölgədə  qüvvələr nisbətini dəyişdi, yeni reallıqlar yaratdı Bu gün dünya bu reallıqlarla barışmaq məcburiyyətindədir.

Müharibə başlanan andan qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi.Bu siyasi, mənəvi güc gücümümüzə güc qatdı.Ermənistanın havadarlarını müdaxilədən çəkindirir.

İkinci Qarabağ müharibəsi nəticəsində möhtəşəm zəfərinin  qazanılmasını təmin etmiş  Vətən Müharibəsi qəhramanları dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.Dövlətimiz şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün bir çox işlər görüb.

Dövlət başçısının imzaladığı sərəncamlarla şəhidlərimizin ailələrinə aylıq təqaüdün ayrılması,bir çox küçələrə şəhidlərimizin adlarının verilməsi bu işlər sırasına daxildir.

44-günlük müharibə zamanı Azərbaycan xalqı milli birlik, milli iradəsini bütün dünyaya göstərdi.Hakimiyyət -xalq birliyi  erməni faşizmin sonlandırdı düşməni diz çökməyə məcbur etdi.Bu ğüc qarşısında heç bir qüvvə tab gətirə bilməz.

Azərbaycan qələbəsindən dövlətimizin başçısının fəaliyyətini xüsusi qeyd etmək lazımdır.Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 ildə Azərbaycan bu qələbəyə addım-addım yaxınlaşdı.

Müharibənin davam etdiyi  illərdə cənab prezident İlham Əliyev çox böyük  səbr və təmkinlə həm diplomatik həm də ordu quruculuğu sahəsində çox böyük tədbirlər həyata keçirdi.Ən yüksək beynəlxalq tribunalarda Qarabağ həqiqətlərini dünyaya bəyan edirdi.

Eyni zamanda Azərbaycan ordusunun  döyüş qabiliyyətinin artırılması və ən müasir hərbi texnika ilə təchiz olunması üçün tədbirlər həyata keçirilmişdir.

Qazanılan tarixi qələbədən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  işğaldan azad olunmuş ərazilərə  səfərlərdə öz sevinc hisslərini  xalqla bölüşməkdən irəli gəlirdi.

Bu müharibə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin müdrik, uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik  bacarığını , çətin, ağır şəraitdə düzgün qərar vermək  istedadını  dünyaya sübut etdi.

Bu gün bölgədə Azərbaycanın yaratdığı  reallıqlarla barışmaq istəməyən revanşist erməni qüvvələri baş qaldırmaqdır. Bu siyasət ordusu məhv olmuş , iqtisadiyyatı çökmüş  Ermənistanı uçuruma aparar . Ermənistanın bu reallıqlarla barışmaqdan başqa yolu yoxdur.

27-sentiyabr 2021-ci il Anım tədbirləri zamanı cənab prezident İlham Əliyevin xalqa müraciətində bu qüvvələrə Dəmir yumruğunu yerində olmasını bir daha xatırlatdı.


Açar sözlər: