27.09.2021

Azərbaycan ordusu müharibə zamanı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra xarici televiziya kanallarına, qəzetlərinə müsahibələr vermişdir ki, bu müsahibələrlə lazım olan siyasi mesajlar verilmişdir. Biz istər siyasi müharibə, istər şiddətli döyüşlərin getdiyi zaman bunun şahidi olmuşuq.

Həmin müsahibələrdən biri də 25 sentyabr 2021-ci il tarixində baş tutmuşdur. Prezident İlham Əliyev Rusiyanın tanınmış hərbi eksperti İqor Korotçenkoya müsahibə verib. Belə ki, bu müsahibə böyük əks-səda doğurub. Müsahibə zamanı prezident İlham Əliyev bir sıra vacib nöqtələrə toxunub.

Müsahibə zamanı Azərbaycan ordusunun müharibənin ilk günü qazandığı uğurlardan, ard arda müqəddəs torpaqlarımızı azad etməsindən bəhs olunmuşdur. İlk uğurların Ağdərə, Kəlbəcər və Ağdam rayonunları istiqamətində olduğundan bəhs olundu.

Sözsüz ki, ilk gündən son günə qədər cəbhənin müxtəlif istiqamətlərində olan irəliləyiş illərlə görülən hazırlıq və mükəmməl idarəetmə hesabına idi. Danılmaz faktdır ki, Azərbaycan ordusu illər öncə Ermənistan ordusunu darmadağın edib tarixi torpaqlarını azad edəcəkdi. Lakin,  Azərbaycanın beynəlxalq təşkilatlara olan inamı bu uğuru ləngidirdi. Nəhayət ki, həmin gün yetişdi. Beynəlxalq təşkilatların heç bir iş görmədiyini görən Azərbaycan məsələyə özü nöqtə qoydu. İllərlə hazırlanan ordu, cızılan planlara zaman zaman daha da mükəmməl olması üçün düzəlişlər edilirdi. Bütün bu inkişaf özünü 44 gün ərzində tamlığı ilə göstərdi. Azərbaycan ordusu düşmənin üstünə od ələdi. Ən son texnologiya ilə təchiz olunmuş Azərbaycan ordusu düşməni torpaqlarımızdan it kimi qovurdu.

Müsahibə zamanı Vətən müharibəsində Azərbaycan ordusunun irəliləmə istiqamətləri və burada qazanılan uğurlardan danışan prezident, ermənilərin müharibədəki bəzi səhvlərini və ordumuzun onlara gözlənilməz cəhənnəm yaşatmasından danışıb.

Müharibədə sözsüz ki, taktika ən vacib məsələlərdən biridir. Azərbaycan ordusu isə taktiki olaraq erməniləri mat qoydu. Döyüş planları əsasında vacib olan yüksəkliklər və məntəqələr azad edilirdi. Bu isə orduda ruh yüksəkliyini daha da qaldırırdı. Ermənilər isə yalnız geri çəkilirdi. Prezident İlham Əliyev müharibə zamanı bizim üçün vacib olan məntəqələrin işğaldan azad olunmasından danışıb ki, burada Cəbrayıl şəhərinin, Hadrutun ardınca Füzulinin azad edilməsi cənub cəbhəsində misilsiz nailiyyət idi. Bütün bunlar irəli getməyə daha da ruh verirdi. Çıxışı zamanı prezident İlham Əliyev Soltanlı və Əmirvanlı yaşayış məntəqələrinin azad olunmasının olduqca vacib olmasını qeyd edib. Belə ki, bu kəndlər Zəngilanın açarı rolunu oynamışdır.

Cənub cəbhəsində irəliləyən ordu Qubadlını da azad etdikdən sonra Laçının Güləbird kəndini azad etdi. Bu isə misilsiz strateji üstünlük verirdi. Buradan artıq Laçın dəhlizinə nəzarət etmək mümkün idi. Bütün bu qələbələr nə qədər misilsiz olsa da qələbənin zirvəsi sözsüz ki, Şuşa əməliyyatı sayılır. Həmin o Şuşa ki, təbii olaraq qala rolunu oynayır. Ordumuz günlərlə yorulmadan Şuşaya doğru hərəkət etmiş və şəhərə yüngül silahlarla daxil olmuşdur. Şuşa şəhərinin azadlığı isə şedevr idi.

Burada Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri mükəmməl bir planla şəhərə daxil olmuş və erməniləri orada məhv etmişdir. Xüsusi təyinatlı qüvvələrin bu cür mükəmməl döyüş bacarığının olması isə illərlə çəkilən əziyyətin, qayğının bəhrəsi olmuşdur. Burada xüsusi təyinatlıların 7 qüvvəsi olmuşdur ki, bunlardan ən əsası müdafiə nazirliyinin xüsusi təyinatlıları idi. Onlardan başqa SAH-SAM( sualtı hücum- sualtı müdafiə), sərhəd qoşunlarının xüsusi təyinatlıları, Naxçıvan Əlahiddə ümumqoşun ordusunun xüsusi təyinatlıları, Daxili qoşunların xüsusi təyinatlıları, dövlət təhlükəsizliyi xidmətinin xüsusi təyinatlıları və Xarici kəşfiyyat xidmətinin xüsusi təyinatlıları misilsiz qəhrəmanlıq göstərmişlər.

Azərbaycanın müharibə zamanı qazandığı uğurlardan biri də pualardan peşəkarcasına istifadə idi. Belə ki, Türkiyə istehsalı olan Bayraktarlar ermənilərin qorxulu yuxusuna çevrilmiş və onların texniki təminatını məhv etmişdir. Bundan başqa İsrail istehsalı olan Harop pilotsuz uçuş aparatı isə vahiməsi ilə ermənilərin kabusu olmuşdu. Həmin o haroplar ki, onlar qiyməti milyonlarla dollar olan havadan müdafiə sistemlərini məhv etmişdir. Bütün bunlar illərlə çəkilən əziyyətin bəhrəsi idi. Azərbaycan ordusu dəmir yumruğu düz ermənilərin başından vurdu. Misilsiz qalibiyyət əldə edildi. Ermənilər isə çarəsiz vəziyyətdə qalıb ən aciz variantı seçib yaşayış məntəqələrini hədəf seçib sivilləri roket atəşinə tuturdu. Bundan başqa ermənilər öz əsgərlərini sükana zəncirlə bağlayıb qaçmasının qarşısını alırdı. Sözsüz ki, bütün bunlar onların əsl simasını göstərirdi. Bu gün Azərbaycan  erməniləri məhv etdikdən sonra onların məhv edilmiş texnikalarını qənimətlər kimi gətirərək park saldı. Bu isə qələbəmizin birbaşa nümayiş etdirilməsidir. Qənimətlər parkı gələcək nəsilin vətənpərvər və qalib ruhda böyüməsi üçün olduqca vacibdir.

Qalib gəlmiş Azərbaycan qalib dövlət statusuna yiyələndi. 30 il Ermənistanın gördüyü müdafiə tədbirləri 44 günə darmadağın edildi və kapitulyasiyaya məcbur edildi.

10 noyabr bəyənatı isə bunu təstiq edir və Azərbaycanın qələbəsini rəsmləşdirir.

Sözsüz ki, bu qələbənin əldə edilməsi şəhidlərimizin sayəsində oldu.

Allah şəhidlərimizə rəhmət, qazilərimə şəfa versin. Var olsun Azərbaycan!


Açar sözlər: