26.09.2021

“Anım Günü” ilə bağlı tədbir keçirilib

Sentyabrın 25-da C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbində 27 Sentyabr “Anım Günü” ilə bağlı tədbir keçirilib.

Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Anım tədbirində rayon ictimaiyyətinin, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, Lənkəran ŞTŞ-nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin əməkdaşları iştirak edib.

Tədbirin sonunda Vətən müharibəsində şəhid olan Lənkəranlı soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün hazırlanmış lövhənin açılışı olub.

Anım mərasimi tədbir iştirakçılarının Şəhidlər xiyabanını ziyarət etməsi ilə yekunlaşıb.


Açar sözlər: