23.08.2021

İxtisas seçimi ilə bağlı maarifləndirici seminar keçirilib

Avqustun 23-də Microsoft Teams platforması üzərindən Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə bölgənin böyük mədəniyyət mərkəzi, təhsil və elm ocağı olan Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə seminar keçirilib.

Seminarda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İdrak Əsgərov, elmi katibi Allahşükür Quliyev, mətbuat katibi Esmira İsmayılova, məktəb direktorları, 2020-2021-ci tədris ilin məzunları olan abiturientlər və valideynləri iştirak ediblər.

Seminarda şıxış edən əməkdaşlar tərəfindən bölgənin mədəniyyət mərkəzi sayılan LDU ilə Ümumitəhsil müssisələri arasında olan əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verilib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İdrak Əsgərov LDU-nun 2020-2021-ci tədris ili üçün bakalavr ixtisasları haqqında geniş məlumat verib.

Seminarda valideynlər və abiturientlər tərəfindən verilən suallar cavablandırılıb.


Açar sözlər: ,  ,