24.08.2021

Xeyirxah və nəcib əməlləri ilə xalqın sevimli Birinci xanımı

Humanizm və nəciblik kimi gözəl xüsusiyyətlri özündə cəmləşdirən Mehriban xanım Əliyeva  ölkəmizin ictimai-siyasi  və mədəni həyatındakı xidmətləri danılmazdır. Onun fəaliyyəti çoxşaxəli olub həyatın  bütün sahələrinə nüfuz edir. Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğur qazanmış, Azərbaycan mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olmuşdur.

Mehriban Əliyevanın həyata keçirdiyi layihələr və proqramların əsas istiqamətlərini  təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir.

Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan mədəniyyəti fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ictimai  fəaliyyətə hazırda rəhbəri olduğu Azərbaycan  mədəniyyəti fondunu yaratmaqla  başlamışdır. 1996-cı ildə Azərbaycan mədəniyyətınin geniş şəkildə təbliğ  olunması üçün üç dildə çap olunan “Azərbaycan İrsi” jurnalını təsis edilib.

Mehriban Əliyeva Heydər Əliyev irsinin öyrənilməsi, onun dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması üçün yaradılmış Heydər Əliyev Fondunun  prezidentidir.

Fond 2004-cü il mayın-10 da Heydər Əliyevin doğum günündə təsis edilmişdir.Fondun məqsədi milli dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması, əhalinin rifahının yüksəldilməsinə  yönəlmiş müxtəlif proqram və tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.

Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına xüsusi önəm verilir.

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi böyük məsuliyyəti öz üzərinə götürdü.

2004-ci il 28-dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçildi.

2016-cı ildə Bakı-2015 Birinci Avropa Oyunları TəşkilatKomitəsin Mehriban Əliyevaya  Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Avropa Olimpiya Komitəsinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

2004-cü ildə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü,2013-ci ildə partiyanın sədr müavini təyin edilib.

2005-2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə seçicilərin səslərinin çoxunu toplayıb deputat seçildi.Deputat kimi fəaliyyətində yüksək peşəkarlıq nümayiş etdirmişdir.

Öz fəaliyyəti ilə Mehriban xanım Əliyeva sübut etdi ki, əzimkarlıq , işlərin düzgün qurulduğu yerdə həlli mümkünsüz problem yoxdur.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın genişmiqyaslı proqram və  layihələrinin sırasında təhsil sisteminin təkmilləşdirilməsi və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədidə dayanır. Heydər Əliyev Fondunun”Yeniləşən Azərbaycana  yeni məktəb” proqramı təhsil sistemində  saysız nailiyyətlərə  səbəb olub. Beləki  bu layihə çərçivəsində yüzlərlə məktəb, uşaq bağçası tikilib,təmir olunub. Mehriban Əliyevanın gördüyü işlərın sədası dünyanın hər yerində eşidilir

Mehriban Əliyevanın Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin , azərbaycanlılara qarşı törədilən  soyqımların dünyaya çatdırılması və təbliğ olunmasında rolu böyükdür.

Mehriban Əliyevay verilən yüksək adlar, onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər,təqdimatlar  onun beynəlxalq aləmdə böyük nüfuz və şöhrətə malik olduğunu göstərir.

UNESCO-nin  xoşməramlı səfiri tituluna,”Yaqut Xaç” ordeninə”Şərəf Legionu” ordeninə”Qızıl Ürək”beynəlxalq mükafatına layiq görülməsi onun əməyinin qiymətləndirilməsidir.

Mehriban Əliyevanın mədəniyyətimizin  inkifındada xidmətləri danılmazdır. Heydər Əliyevin Fondunun təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və  qeyri-maddi irsinin şah əsərləri sırasına  daxil edilib.

Xalqımızın  ölkənin prezidenti və Birinci vitse-prezidentini sevməsinin və inamının səbəbləri onların xalqın qayğı və problemləri ilə  ətraflı maraqlamnası və tez bir zamanda həll edilməsidir.

Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Diabedli uşaqlara ən yüksək qayğı” və “Talassimiyasız həyat naminə” layihələri neçə-neçə uşaqlara şəfa ilə bərabər ümüd və inamdan vermişdir.

Bütün bu çalışmaları nəzərə alan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamı ilə Mehriban Əliyevanı Azərbaycan Respublikasının birinci vitse prezidenti təyin olundu.

Mehriban Əliyevanın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılmasınada geniş diqqət ayrılıb

44 günlük Vətən müharibəsi zamanında Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ən yaxın  köməkçisi, həmməsləki, silahdaşı oldu.

Mehriban xanım Əliyeva xalqımızın maraqlarının müdafiəçisi olması xalq tərəfindən rəğbətlə  qarşılanır və onu xalqımızın sevimlisinə çevrildi.


Açar sözlər: