19.08.2021

Peşə Təmayüllü Siniflərə qəbulla bağlı seminar keçirilib

Avqustun 18-də Microsoft Teams platforması üzərindən Lənkəran ŞTŞ-nin təşkilatçılığı ilə “Peşə Təmayüllü Siniflərin Təşkili”  ilə bağlı onlayn seminar keçirilib.

Seminarda Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə xanım Əliyeva “Peşə təmayüllü” siniflərin layihəsinin rəhbərləri  “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin rəhbəri Xanım Şabanova Lənkəran rayonu üzrə layihənin ilk qrup rəhbərləri A.Babayev, F.Şıxəlizadə, məktəb direktorları IX sinif məzunları və valideynlər iştirak ediblər.

Seminarda ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasının vacibliyi vurğulanıb, layihənin mahiyyəti barədə geniş məlumat verilib.

            Eyni zamanda Viravul kənd 2 nömrəli tam orta məktəbdə 2020-2021-ci tədris ilində açılan peşə təmayüllü sinfin fəaliyyəti, həyata keçirilən sosial layihələr barədə geniş məlumat verilib.

            Seminarda 2021-2022-ci tədris ilində Viravul kənd 2 nömrəli, Haftoni qəsəbə, şəhər 7 nömrəli və 2 nömrəli tam orta məktəblərdə fəaliyyətə başlayacaq peşə təmayüllü siniflərdə açılacaq peşə ixtisasları barədə geniş məlumat verilib.                     

            Seminarda valideynlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,