17.08.2021

Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

44 günlük Vətən Savaşında Türkiyənin hərtərəfli Azərbaycanın yanında olması Azərbaycanın mövqeyini daha da  möhkəmləndirdi. Türkiyədən aldığımız müasir silahlar bu işdə bizə böyük avantajlar verdi, itkilərimizi minumuma endirdi. Türkiyə prezidenti və yüksək vəzifəli  şəxslərinin “Türkiyə Azərbaycanın yanındadır” açıqlamaları bir çoxlarını təbii ki, müdaxilədən  çəkindirdi. Azərbaycan isə Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi. BMT-nin təsirsiz qalan 4 qətnaməsini özü yerinə yetirdi.

Təəssüflər olsun ki, ötən günlərdə Türkiyədə şiddətli meşə yanğınları baş verdi. Yanğınlara qarşı Türkiyə Cümhuriyyəti ciddi səylə mübarizə aparırdı. Belə təbii fəlakətlərdə və çətin zamanlarda iki dövlət arasında həmrəyliyin, qardaşlığın birdə şahidi olduq. Biz Türkiyəyə 1 amfibiya yanğınsöndürən təyyarə, 93 yanğınsöndürən maşın, 700-dən çox peşəkar yanğınsöndürən yola saldıq. Bizim şəxsi heyət öz vətənlərindəki kimi canla başla yanğınların söndürülməsin də iştirak etdilər.Biz  bir daha göstərdik ki, işbirliyi və həmrəylik sözdə olmamalıdır.Türk xalqı bu günlərdə gördü ki, kim kimdi.

Təbii ki, müharibədən sonra yaranmış mövcüd vəziyyət də Türk-Azərbaycan münasibətlərinin daha da güclənəcəyini göstərir. Bu ilk növbədə Zəngəzur dəhlizinin açılması ilə baş tutacaq. Bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir. İmzaladığımız Şuşa Bəyannaməsi isə bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 avqust 2021-ci il tarixində “CNN Türk” televiziya kanalına müsahibəsindən; ”Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.” 

İndi bu birlik və qardaşlıqdan güc alaraq  yeni hədəflərimiz ortadadır. Bu hədəflər qələbəni, zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir.


Açar sözlər: