26.07.2021

Respublika fənn olimpiada qalibləri ilə görüş

İyulun 26-da Lənkəran Şəhər Təhsil Şöbəsində məktəblilərin respublika fənn olimpiadasında Azərbaycan dili və tarix fənni üzrə yüksək nəticələr göstərərək qaliblər sırasında yer almış və bürünc medala  layiq görülmüş H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Həbibli Ülvi Vahab oğlu və Hirkan qəsəbə tam orta məktəbin IX sinif şagirdi Əliyeva Nəzrin Arif qızı ilə görüş keçirilib.

Görüşdə  Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Həbibli Ülvi Vahab oğlunu və Hirkan qəsəbə tam orta məktəbin IX sinif şagirdi Əliyeva Nəzrin Arif qızını təbrik edib, bu uğurların davamlı olacağına əminliyini ifadə edərək onlara təhsil yollarında daha böyük nailiyyətlər arzulayıb.


Açar sözlər: ,