24.07.2021

Şagirdimiz qızıl nişana layiq görülüb

İyulun 23-də Lənkəran Şəhər Təhsil Şöbəsində Təhsil nazirinin müvafiq əmrinə əsasən qızıl nişanla təltif edilmiş S.Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəb-liseyin XI sinif şagirdi İsmayılzadə Xatun Raid qızı ilə görüş keçirilib.

Görüşdə Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva İsmayılzadə Xatun Raid qızını təbrik edib, onun uğur qazanmasında əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib, ona təhsil yollarında yeni-yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayevin 15 iyul 2021-ci il tarixli, 357 nömrəli əmri ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş nişanla təltif edilib.


Açar sözlər: