22.07.2021

Dövlətimizin şəhid ailələrinə və müharibə əlillərinə növbəti qayğısı

Dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilməsi dövlətimizin daxili siyasətinin əsas istiqamətlərindəndir.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində həyata keçirilmiş sosial layihələrin sayı daha da artırılıb. Əhalinin həssas təbəqəsinin ehtiyaclarının ödənilməsi istiqamətində  mühüm işlər görülüb.

14.07.2021-ci il tarixində Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha göstərdi.

Kompleksin təqdim olunmasında prezident İlham Əliyev iştirak edib. Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüş keçirilib, onlara dövlət xətti ilə görülmüş işlər haqqında ətraflı məlumat verib. Kompleks ərazisində 810 mənzil, 620 nəfərlik məktəb və uşaq bağçası şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibə əlillərinin sosial şəraitinin  üçün də çox mühüm işlər görülür. Bu işlər sırasında onların avtomobillərlə təmin edilməsinə  diqqət yetirilir.Görüş zamanı daha 50 müharibə əlillərinə avtomobil təqdim olunub.

Şəhid ailələri və müharibə əlilləri daima dövlətin diqqət mərkəzindədir. Bu günə qədər 10 minə yaxın şəhid ailələri və müharibə əlilləri yaşayış mənzilləri ilə təmin olunub və bu proses davam etdirilir.

Azərbaycan Respublikasında həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı amili dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxil və xarici siyasət Azərbaycan vətəndaşının rifahı, sağlamlığı və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bu onu göstərir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti ən düzgün siyasət aparır və bu siyasət Azərbaycan xalqının maraqlarına  tam cavab verir.

Ölkəmizdə genişmiqyaslı özünü məşğulluq proqramı icra edilir.Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında 5 mindən çoxu şəhid ailəsi üzvləri və müharibə əlilləridir. Bu sahədə dövlətin dəstəyi ilə həyata keçirilən Məşğulluq Marafonu və Əmək haqqının maliyyələşdirilməsi layihəsi ilə sosial qrupdan həssas olan şəxslər işlə təmin olunub.

Qarabağ müharibəsi zamanı əlini, qolunu, ayaqlarını itirmiş müharibə əlilləri üçün ən müasir protezlər sifariş edilib. 100 -dək qazi artıq yüksək keyfiyyətli protezlərlə təmin olunub.Bu protezlərin köməyi ilə onlar normal həyatlarını yaşayırlar.

Qazilərımizin öz sağlamlığını bərpa etmək üçün bir neçə reabilitasiya mərkəzləri yaradılıb və yaradıcılıq  Bu işlər çox böyük vəsait tələb edir. Amma dövlətimiz bunuda edir.

İkinci Qarabağ müharibəsi Azərbaycanın ən şanlı tarixidir.Müharibə zamanı xalq-hakimiyyət birliyi  ən yüksək səviyyədə özünü göstərdi.

Müharibə zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib düşməni məğlub edib torpaqlarımızi işğaldan azad etdi. Xalqı birləşdirən Vətən sevgisi idi.Qələbənidə təmin edən məhz bu Vətən sevgisi oldu.

Sözsüz müharibələr itkisiz olmur. Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfi  üç minə yaxın şəhid verdi.Şəhidlərimiz vətənin azadlığı uğrunda canından keçərək ən yüksək zirvəyə  şəhidlik zirvəsinə çatdılar . Müharibədə itkilərimiz daha çox ola bilərdi. Çünkü 30 il ərzində düşmən bu ərazilərdə istehkamlar qurmuş və  strateji yüksəklikərə sahib idilər. Buna baxmayaraq biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan tərəfinin isə itkisi daha çox oldu.Lakin Ermənistan hökuməti hələ də öz itkiləri haqqında məlumatlar gizli saxlayır.

Müharibə zamanı ermənilər döyüş meydanında ordumuzun gücünə tab gətirə bilmədi.  Ermənistan hökuməti beynəlxalq hüquq  və müharibə qanunlarına zidd olaraq Azərbaycanın şəhər, kənd və rayonlarını, qadağan olunmuş silahdan atəşə tutub,ağ fosfor və balistik raketlərdən istifadə edib.Bunun nəticəsində 100 dən çox mülki şəxs həlak olub minlərlə fərdi ev və fərdi sahibkarlıq obyektləri dağılıb. Ermənistanın törətdiyi  müharibə cinayətləri artıq beynəlxalq qurumlar tərəfindən təsdiq olunmağa başlayıb. Bu cinayətlər bir daha Ermənistanın təcavüzkar olduğunu, beynəlxalq hüquqa hörmət etmədiyini sübut edir.

Bu gün Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi qalmayıb. Bu münaqişəni Azərbayca tərəfi öz ərazi bütövlüyünü təmin edərək həll edib. Hazırda  işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması və infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.Əhali öz doğma torpaqlarına qayıtmağa hazırlaşır.

Prezident İlham Əliyevin 7 iyun 2021-ci il tarixində imzaladığı fərmanla Qarabağ iqtisadi rayonu yaradılıb.Artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Prezidentin imzaladığı fərmanla Şərqi  Zəngəzur iqtisadi zonası yaradılıb. Zəngəzur bizim tarixi torpaqımızdır.1920-ci ildə Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana  verildi.Biz Zəngəzura öz doğma torpaqlarımıza da qayıdacağıq.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etmişdir. Bu müqavilə  tərəflərin bir-birinin ərazi bütövlüyünü, sərhədlərinin tanınması ilə  olmalıdır. Bu sülh Ermənistanın öz üçünü də çox faydalı olacaq.Amma Ermənistan hökumətinin yalnış hərəkətləri buna hazır olmadığını nümayiş etdirir. Bu addım Ermənistan hökumətinin növbəti səhv addımı olacaq.


Açar sözlər: