12.07.2021

57 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə bitirib

Lənkəran Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX və XI sinfini bitirən məzunlar üçün attestatlar məktəb rəhbərlərinə təqdim edilib.

Məlumat üçün qeyd edək ki, Lənkəran Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini 2020-2021-ci tədris ilində IX sinif üzrə 2600 və XI sinif üzrə 1717 nəfər bitirib.

Belə ki, onlardan 36 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 21 nəfər isə tam orta təhsil səviyyəsi üzrə olaraq 57 nəfər təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.


Açar sözlər: ,  ,  ,