01.07.2021

Lənkəran rayon ümumtəhsil məktəblərində “Yay məktəbi” nin bağlanış tədbiri keçirilib

İyunun 30-da Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhər 10 nömrəli tam orta məktəbində “Yay məktəbi” nin bağlanışı ilə əlaqədar “İntellekt Cəngavərləri” intellektual oyunu keçirilib.

Yarışmada Şöbənin müdiri Ülviyyə xanım Əliyeva, müdir müavini Nəsir Əkbərov, metodkabinetin müdiri Zaur Ağazadə, metodkabinetin nümayəndəsi eyni zamanda tədbirin təşkilatçısı Zabitə Cəfərova  və metodkabinetin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin komandaları iştirak edib.

Komandalar yarışmada öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışmanın final mərhələsində Xanbulan qəsəbə tam orta məktəbinin “Zirvə” komandası III yerə, şəhər 3 nömrəli tam orta məktəbin “Avanqard” komandası II yerə, Şağlaser kənd tam orta məktəbinin “Şağlaser” komandası I yerə layiq görülüb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən qalib komandalara kubok və diplomlar təqdim edilib.


Açar sözlər: ,  ,  ,