30.06.2021

Müzəffər Azərbaycan ordusu

Bu elə bir ordudur ki, 30 illik həsrətə cəmi 44 gündə son qoydu. Şanlı ordumuz sayəsində torpağlarımızın bütövlüyü bərpa olundu. Dəmir yumruğun kölgəsi Ermənistanı kaputulyasiya aktını imzalamağa məcbur etdi. Biz Vətən müharibəsində Azərbaycanın şanlı ordusu sayəsində qalib gəldik. Beynəlxalq ədaləti öz gücümüzə bərpa etdik.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Silahlı qüvvələrimizin yaranma tarixi isə 26 iyun 1918-ci ilə gedib çıxır. Onun müasir təşkili və təhcizatı isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra, əsas prioritet məsələlərdən olan ordu quruculuğuna gərgin siyasi bir şəraitdə başlanıldı. Heydər Əliyev Respublikada hakimiyyətə gəldikdən sonra ordu quruculuğunda ilkin əsaslı islahatlar aparıldı, nizami ordunun formalaşmasına şərait yarandı. 2002-ci il avqustun 17-də prezidentin fərmanı ilə “Azərbaycan Republikası Silahlı Qüvvələrinə Yardım Fondu” təsis edildi.

Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesini onun layiqli davamçısı İlham Əliyev davam etdirdi. Onun 2005-ci il dekabrın 16-da “Müdafiə Sənayesi Nazirliyi” nin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasına şərait yaratdı. Nazirliyin istehsal etdiyi məhsulların 80%-i isə müdafiə təyinatlıdır.

Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində isə İsrail, Rusiya, Türkiyə kimi dövlətlərdən ən müasir silahlarla  ordumuz təmin edildi.

Hazırda Azərbaycan ordusu öz hərbi qüdrətinə görə Cənubi Qafqazda birinci yeri tutmaqdadır.


Açar sözlər: