28.06.2021

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi qeyd edilib

İyunun 26-da C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, aparıcı məsləhətçi Cəmil Axundzadə, I və II Qarabağ müharibəsinin iştirakçıları, qazılər, şəhid valideynləri iştirak ediblər.

Əvvəlcə xalqın ərazi bütövlüyü uğrundan canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə Şöbənin müdiri Ülviyyə xanım Əliyeva çıxış edərək Vətən müharibəsində qazanılan qələbə və Silahlı Qüvvələr günü münasibəti ilə xalqımızı, eləcə də müharibə iştirakçılarını təbrik edib, səmimi arzularını bildirib.

Tədbir boyu düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatları ilə başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli, müzəffər Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğaldan azad edilməsində qazandığı qələbədən danışılıb.


Açar sözlər: ,  ,