25.06.2021

STEAM-la bağlı yarış keçirilib

2020-2021-ci tədris ilində Lənkəran rayonu Şəhər 7 nömrəli, Sütəmurdov və Viravul kənd 2 nömrəli tam orta məktəbində STEAM layihəsinin tətbiqinə start verilib.

Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və aparacı məsləhətçi Cəmil Axundzadı iştirak edib.

Tədris ilinin sonunda “Yay məktəbi” çərçivəsində hər 3 məktəbin hesabat xarakterli təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva STEAM layihəsinin təhsildəki, cəmiyyətdəki rolundan geniş söz açıb, təqdimatın iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra layihə iştirakçıları öz bacarıqlarını nümayiş etdirib.


Açar sözlər: ,  ,