24.06.2021

“Kulinariya festivalı" keçirilib

İyunun 23-də Tükəvilə kənd tam orta məktəbində “Yay məktəbi” çərçivəsində Azərbaycan mətbəxini özündə ehtiva edən "Kulinariya festivalı" keçirilib.

Festivalda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva metodkabinet müdiri Zaur Ağazadə, şöbənin digər əməkdaşları və bir sıra dəyərli qonaqlar iştirak edib.

Festivalda bölgələrin bir sıra milli mətbəxtlərindən müxtəlif təamlar nümayiş olunub.

Festivalın məqsədi şagirdlərə Azərbaycan rayonlarını yaxından tanıtmaq, adət-ənənələri, milli yeməkləri və qədim tarixləri haqqında məlumatdırmaq olub.


Açar sözlər: ,  ,