23.06.2021

Məktəblər arası STEAM layihəsi üzrə əməkdaşlığ davam edir

İyunun 22-də R.Həsənov adına Viravul kənd 1 nömrəli tam orta məktəbinin bir qrup müəllim və şagird heyəti C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbində olublar.

Qeyd edək ki, Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonumuzun ümumtəhsil müəssisələrində “STEAM-la tanış olaq” layihəsi çərçivəsində əməkdaşlığa start verilib. “Yay məktəbi” dövrundə tədris proqramında nəzərdə tutulmuş STEAM layihəsi əsasında məktəblərarası əməkdaşlığı yaratmaq, praktik təcrübə mübadiləsi aparmaq və tədrisin bütün istiqamətləri üzrə qarşılıqlı əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Yay məktəbinin sonunadək yaxın məktəblərin STEAM layihəsinə qoşulması nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,