İyunun 18-də Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonumuzun ümumtəhsil müəssisələrində “STEAM-la tanış olaq” layihəsi çərçivəsində əməkdaşlığa start verilib.
H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagird heyəti C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbində olublar.
Məqsədimiz “Yay məktəbi” dövrundə tədris proqramında nəzərdə tutulmuş STEAM layihəsi əsasında məktəblərarası əməkdaşlığı yaratmaq, praktik təcrübə mübadiləsi aparmaq və tədrisin bütün istiqamətləri üzrə qarşılıqlı əməkdaşlığı genişləndirməkdən ibarətdir.