16.06.2021

“Yay məktəbi”nə start verilib

İyunun 16-da Respublikamızın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Lənkəran Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Yay məktəbi”nə start verilib.

“Yay məktəbi”nin ilk günü şagirdlərimiz çox böyük həvəslə məşğələlərə qatılıblar. Məşğələlər daha çox açıq havada, təbiətin qoynunda keçirilib.

İlk fotolar aşağıda adları qeyd olunan məktəblərə aiddir.

1) V.Əliyev adına şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyi

2) S.Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəb-liseyi

3) A.Məhərrəmov adına şəhər 7 nömrəli tam orta məktəbi

4) Şəhər 10 nömrəli tam orta məktəbi

5) S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbi

6) V.Həsənov adına Liman şəhər 2 nömrəli tam orta məktəbi

7) C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi

8) V.Süleymanov adına Türkəkəran kənd ümumi orta məktəbi

 

Qeyd edək ki, "Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edə bilərlər.  I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.


Açar sözlər: ,  ,  ,