10.06.2021

Elmi praktik konfrans keçirilib

İyunun 10-da R.Məmmədov adına şəhər 5 nömrəli tam orta məktəbində görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə VII-IX sinif şagirdlərinin iştirakı ilə elmi praktik konfrans keçirilib.

Konfransda uşaqlar elm xadimi Lütfi Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsindən, eyni zamanda 6 mühüm nəzəriyyəsindən geniş şəkildə bəhs ediblər.


Açar sözlər: ,