09.06.2021

Bir millət, iki dövlət

Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən ilk öncə onu vurğulamaq lazımdır ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət 1991 ci ildə Türkiyə olmuşdur. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992 ci ildə yaradılmışdır. Azərbaycanın Türkiyə səfirliyi 1992-ci ildə açılmışdır. Hal-hazırda Türkiyənin Bakıda səfirliyi, Naxçıvan və Gəncədə konsulluqları fəaliyyət göstərir.                             

Azərbaycan Türkiyə münasibətlərinin qədim tarixi var. 1918-ci ildə Nuru paşanın komandanlığı altında türk ordusunun Bakını azad etməsi və Tükiyənin ağır dönəmlərində Azərbaycanın ona dəstək göndərməsi qardaşlığımıza ən gözəl sübutdur.                        

Hazırda qardaşlıq münasibətləri ən yüksək səviyyədə davam edir. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə mühüm rol oynayır. Türkiyə həmişə olduğu kimi yenədə Azərbaycanı tək qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini  bəyan etdi.

44 günlük Vətən müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər. Vətən müharibəsi dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin gücünü gördü. Hazırda işgaldan azad edilmiş torpaqlarda mina təmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq Azərbaycana gətirilmişdir.

Regionun gələcək inkişafı, inteqrasiya layihələrini icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət və kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizinin açılması üçün imkanlar yaradılır.                          

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafının göstəricisi olan layihələr Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tibilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş “Bakı-Tibilisi-Qars dəmiryolu layihəsi regionda sülh və təhlükəsizliyin təmin olunması ilə  yanaşı xalqımızın rifahının yaxşılaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.

XXl əsrin layihəsi adlandırılan Cənub qaz dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin reallaşması Türkiyə-Azərbaycan dostluğunun növbəti məhsulu olacaq. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq qurduğu ölkədir. Bu günə qədər Türkiyə silahlı qüvvələrinin təhsil müəssələrində çoxsaylı azərbaycanlı hərbçi təhsil alıb və alır. İki ölkə arasında müdafiə sənayesi də yüksək səviyyədə qurulub. Bu məqsədlə 2000-ci ilin 20 sentyabrında “Müdafiə sənayesi sahəsində əməkdaşlıq  haqqında müqavilə imzalanıb.                       

İki qardaş dövlət arasındakı münasibətlərə Türkiyə Cümhuriyyətinin banisi M.K.Atatürk ”Azərbaycanın sevinci bizim sevincimizdir” və Ulu öndər H.Əliyev “Biz bir millət iki dövlətik” ifadələri ilə xeyir-dua vermişlər.


Açar sözlər: