İyunun 3-də Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ceyms Şarp Lənkərana səfər edib.
Səfər çərçivəsində cənab səfir Ceyms Şarp, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyevə və digər qonaqlar S.Kazımbəyov adına şəhər 6 nömrəli məktəb-liseydə “İngilis dili və resurs mərkəzi”ində olub.
Mərkəzin müəllim və şagirdləri ilə görüşərək onlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, 2017-ci ildə British Council (Britaniya Səfirliyi) Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı ilə S.Kazımbəyov adına şəhər 6 nömrəli məktəb-liseyində “İngilis dili resurs mərkəzi”ni açıb.
Mərkəzin təsis edilməsinin əsas məqsədi Azərbaycanda İngilis dilini öyrənənlərə bu dilin zəngin resurslarına açılış imkanları yaratmaqla onların ünsiyyət qabiliyyətlərini inkişaf etdirməkdir.
Mərkəzdə ingilis dilinin öyrənilməsi üçün müxtəlif kitablar, DVD-lər və onlayn resurslar mövcuddur. “İngilis dili resurs mərkəzi”ndə müxtəlif yaş qruplarını təmsil edən 85 şagird təhsil alır. Mərkəzə cəlb olunmuş şagirdlərin təhsili tam ödənişsizdir.
Mərkəzdə üç müəllim, şəhər 6 nömrəli məktəb-liseyin ingilis dili müəllim Zülfiqarlı Ülkər Nurəddin qızı, şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimləri Hüseynova Leyla Nizaməddin qızı və Həsənova Ülviyyə İlyas qızı fəaliyyət göstərir.