03.06.2021

Növbəti Şura iclası keçirilib

İyunun 2-də Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti şura iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və Lənkəran rayon prokurorluğun əməkdaşı Xanlar Xanlarzadə iştirak edib.

Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Təhsil Nazirliyin F 96/1 nömrəli əmrin icrası ilə bağlı  “Açıq Hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” haqqında prokurorluğun əməkdaşı Xanlar Xanlarzadə geniş məlumat verib bə korrupsiya hallarına qarşı mübarizə ilə bağlı məktəb direktorların suallarını cavablandırıb.

Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri A.Aslanov və V.Şahbazovun şəhər 2 nömrəli və rayonun Osaküçə kənd tam orta məktəblərində karantin rejimində təlim-tərbiyə işlərinin monitorinqinin nəticələri, şöbənin metodisti N.Zülfüqarlının rayonun Şovu, Cil, Biləsər və Separadi kənd tam orta məktəblərində ingilis dili fənninin tədrisi vəziyyətinin monitorinqi haqqında, metodkabinet müdiri Z.Ağazadənin 2020-2021-ci tədris ilində keçirilmiş olimpiada və fənn müsabiqələrinin nəticələri haqqında, aparıcı məsləhətçi N.Əkbərovun “Açıq Hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə bağlı Lənkəran ŞTŞ-nın gördüyü işlər və rayonun ümumtəhsil məktəblərinin IX siniflərində keçirilmiş sınaq imtahanın nəticəsi barədə  arayışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şöbənin əməkdaşlarını, tədris ilində respublikada  keçirilən muxtəlif müsabiqələrdə qalib olmuş rayonun ümumtəhsil məktəblərinin şagirdlərini və onlara hər zaman dəstək olan müəllimləri Təhsil Şöbəsinin Fəxri fərmanı ilə  təltif edərək  uğurlar arzulayıb.

Şura iclasında Təhsil Şöbəsinin əməkdaşları N.Əkbərov, V.Şahbazov, K.Məmmədov cari məsələlərdən danışıblar.

Sonda Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən məlumat verib.


Açar sözlər: ,  ,