03.06.2021

Şagirdlərimiz respublika fənn olimpiadasında III yerə layıq görülüb

Mayın 31-də Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika final turu mərhələsi keçirilib.

Turun nəticələrinə əsasən H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Həbibli Ülvi Vahab oğlu və A.Quliyev adına Hirkan qəsəbə tam orta məktəbin IX sinif şagridi Əliyeva Nəzrin Arif qızı III yerə layiq görülüb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayır.

Qeyd edək ki, respublika fənn olimpiadalarının final turu mərhələsi davam edir. Digər mərhələlərdə iştirak edəcık şagirdlərimizə uğurlar arzulayırıq.


Açar sözlər: ,