01.06.2021

Şagirdlərimiz Lütfi Zadə adına məntiq olimpiadasında II və III yerlərə layiq görülüb

Lütfi Zadə adına məntiq olimpiadasının nəticələri elan edilib. Nəticələrə əsasən, iştirakçılardan 60 nəfər qalib elan edilib.

Lənkəran rayonu ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasında 27 nəfər final mərhələsində iştirak edib.

İştirakçılardan R.Həsənov adına Viravul kənd 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Nəzərli Səbuhi Səlim oğlu II yerə və şəhər 10 nömrəli tam orta məktəbin V sinif şagirdi Mirzəzadə Zülfüqar Mehman oğlu III yerə layiq görülüb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayır.

Qeyd edək ki, sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunub.

Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.


Açar sözlər: ,