Gözəliklər diyarı olan Azərbaycanın hər qarışı qiymətlidir. Bu səbəbdən də tarix boyu yadellilər torpaqlamıza göz dikmişlər. Lakin mətin, iradəli xalqımız bir qarış torpağımızın düşmən tapdagı altında inildəyib qalmasına razı olmamış, canları, qanları bahasına daim düşmənlə üz-üzə gəlib və qalib olmuşdur.
Belə münaqişələrdən növbətisi XX əsrin 80-cı illərinin sonlarından mənfur qonşumuz ermənilər tərəfindən törədilmişdir. Ermənilər Azərbaycanın Dilbər guşəsi olan Qarabağımıza göz dikib, minlərlə soydaşımızı qətlə yetirib və digərlərini isə yurd yuvasından didərgin salmışlar. Amma yenə də qədim köklərə malik olan Azərbaycan xalqı ata-babalarının izi ilə gedərək, onların vəsiyyətini yerinə yetirərək, düşmənə boyun əymədən mərdliklə, mətanətlə savaşaraq torpaqlarını düşməndən azad etməyə nail oldu. Lakin biz millət olaraq, dövlət olaraq qan tokülməsinin tərəfdarı olmamışıq. Daim münaqişəli məsələləri dinc yolla həll etməyə çalışmışıq. Bu dəfə də eyni yolu-sülh yolunu tutmuşduq. Təəssüf ki, qarşı tərəf olan Ermənistan hər vasitə ilə sülhə mane oldu və açıq-aydın torpaqlarımızın qaytarılmasına razılıq vermədilər və Azərbaycan dövlətinə torpaqlarını geri qaytarmaq üçün mübarizədən başqa yol qalmadı. Xüsusən də 2020-ci ilin iyul, avqust, sentyabr aylarındakı Ermənistanın təxribatları müharibəni qaçılmaz etdi.
Müharibə alovlananda ermənilər Azərbaycan ordusunu Agdam istiqamətindən hücümü başlayacağını düşünürdü. Lakin türklərin qədim taktikası olduğunu unutmuşdular. Bir türk soylu ordu olaraq aypara formaılı, ”Turan taktikası” ndan bəhrələnərək müzəffər ordumuz Ağdam istiqamətində xeyli qüvvə saxlayıb, digər istiqamətlərdən əks hücüm əməliyatlarına başladı və ardıcıl olaraq Cəbrayıl, Füzuli, Hadrut, Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı kimi babalarımızdan miras qalmış ərazilərimizi düşməndən azad etdi. Nəhayət, 10 noyabr 2020-ci ildə məğlub Ermənistan Ali Baş Komandanımız, cənab prezidentimizin şərtlərini əks etdirən kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Kapitulyasiya aktının şərtlərindən irəli gələrək Ağdam, Kəlbəcər və Laçın rayonları bir şəhid vermədən Azərbaycan xalqına qaytarıldı. Bu zəfərimiz xalqımızın zəfəridir.
Bu gun bütün dünya Azərbaycanın bu zəfərindən, əzmkarlığından, döyüş taktikasından danışır və öyrənir. Bu zəfərə gedən yol Azərbaycan xalqının öz Ali Baş Komandanı, cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, “Dəmir yumuq” olduğu gündən bəlli idi. İndi dünya dövlətləri bizdən danışarkən, biz isə xalq birliyi ilə Cənab prezidentimizin sərəncamlarına uyğun olaraq işğaldan azad olunmuş torpaqlarımızın yenidən bərpa edilib, abadlaşdırılması üçün səfərbər olmuşuq. Azad olunmuş ərazilərimizə Cənab prezidentimiz İlham Əliyev və ailəsinin tez-tez səfərlər etməsi xalqımızı daha da ruhlandırır. Belə səfərlərdən biri də 28 may 2021-ci ildə Ağdam şəhərinə baş tutmuşdur. Burada çox önəmli və əhəmiyyət kəsb edən təməlqoyma mərasimləri həyata keçirilmişdir. Bunlardan biri də Ağdam şəhəri üçün ən önəmli və 140 illik tarixə malik olan 1 saylı məktəbin təməlinin qoyulması oldu.Belə bir təhsil ocağının yenidən bərpa edilməsi ölkə başçımızın təhsilə, elmə, Azərbaycanın gələcəyinə nə qədər çox önəm verdiyinin bariz nümunəsidir. Ağdamın inkişafı və gələcəkdə yeni iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının da təməli qoyuldu. Yaxın gələcəkdə bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “Ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.
Azərbaycan bütün bu nailiiyətlərə xalq–dövlət,dövlət-xalq birliyi sayəsində nail olub və olacaqdır.Əgər biz bu qədər güclü olmasaydıq böyük zəfərə qovuşa bilməzdik.Bizim qalib və güclü olmağımız Vətənə,torpağa və dövlətçiliyimizə olan sevgidən doğur.Bu sevgi əbədidir və sarsilmazdır.