29.05.2021

Final mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirilib

Mayın 29-da Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və metodkabinet müdiri Zaur Ağazadənin iştirakı ilə Lənkəran şəhərini respublika fənn olimpiadalarının final mərhələsində təmsil edəcək şagirdlərlə Microsoft Teams platforması üzərindən onlayn görüş keçirilib.

Görüşdə respublika fənn olimpiadalarının final mərhələsində təmsil edəcək şagirdlərlin məktəb direktorları və valideyinləri iştirak edib.

31 May və 4 iyun tarixlərində təşkil olunacaq olimpiadanın keçirilmə ünvanları imtahanların saatı və qeydiyyatı barədə ğeniş söhbət aparılıb.

Məhsuldar iş şəraitində keçən tədbirdə şagird və valideyinlər dinlənilib, təhsil rəsmiləri tərəfindən şagirdlərimizə qarşıdakı imtahanlarda uğurlar arzulanıb.