Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından artıq 103 il ötür. Bu bir əsrdən çox tarixi zaman ərzində Azərbaycan dövlətçiliyi bir sıra çətin sınaqlarla üz-üzə dayanmışdırdır. Faktiki olaraq Sovet İmperiyasının tərkibində olduğu illər ərzində müstəqil dövlətçilik ənənələrimizə ağır zərbələr vurulmuş, torpaqlarımız hissə-hissə qoparılaraq qonşu respublikalara peşkəş edilmişdir.
Amma bu gün Azərbaycan artıq 70 il, hətta 30 il bundan əvvəlki Azərbaycan deyil, biz artıq təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev başda olmaqla hazırki hakimiyyət tərəfindən davam etdirilən güclü dövlətçilik siyasəti nəticəsində sözün əsl mənasında dünya siyasi meydanında öz sözünü deyə biləcək qədər gücə sahib olan dövlətlərdən birinə çevrilmişik.
Hazırda dünyanın inkişaf etmiş və güc dövlətləri sayılan ABŞ, Rusiya, Çin, İtaliya, İngiltərə və sair bu kimi dövlətlər iqtisadi və siyasi eləcədə digər maraqları uğrunda Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Belə ki, ABŞ Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibəti ilə göndərdiyi təbrik məktubu, eləcədə müstəqillik qazandığımız dövrdən ABŞ-la iqtisadi və digər sahələrdə, həmçinin demokratik dövət quruculuğu sahəsində görülən işlər ABŞ Azərbaycan əməkdaşlığının göstəriciləridir. Azərbaycanın təkcə regonda deyil, dünya miqyasında artan nüfuzu, iqtisadi və hərbi potensialı xüsusən Vətən müharibəsində qazandığı qələbə bir çox nüfuzlu dünya dövlətlərinin Azərbaycanla əməkdaşlığa maraqlarını artırmışdır.
Rusiya, ÇXR, İran, İtaliya və digər xarici dövlət başçılarının Azərbaycan Prezidentinə Respublika Günü münasibəti ilə göndərdikləri təbrik məktublarında Azərbaycanın siyasi və iqtisadi uğurlarını vurğulayaraq, ölkəmizlə iqtisadi, siyasi, strateji əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğlarını bildirmişdirlər.