26.05.2021

Ermənistan Qafqazda ən geridə qalmış dövlətə çevrilib

30–il müddətində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət həyata keçirərək torpaqlarımızın 20 faizini işğal altında saxlamışdır. Qarabağın Ermənistana birləşdirmək siyasəti Ermənistanın inkişafana yox onların uduzmasına gətirib çıxardı.

30-illik işğal müddəti Ermənistana zaman itkisindən  başqa heç nə qazndırmadı. Nəticədə bu gün Ermənistan Cənubi Qafqazın ən geridə qalmış dövlətinə çevrildi. Ermənilər öz işğalçı siyasətinin qurbanına çevrildilər. Bu illər ərzində Azərbaycan isə qonşu ölkələrlə iqtisdi əlaqələrini genişləndirərək özünün regionun vacib ölkə olmasını təsdiqlədi. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihəni keçirmək mümkün deyildi.

Prezdent İlham Əliyevin ardıcıl, prinsipial, Azərbaycan dövlətinin və xalqının maraqlarını  ifadə edəcək siyasət yeridərək ölkənin iqtisadi inkişafına nail oldu.

44-günlük Vətən müharibəsində qələbə qazanması ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Müharibə başlayan zaman Ermənistan siyasi qalmaqal  ərəfəsində idi. Müharibədən məğlub çıxmış Ermənistanda siyasi, iqtisadi və sosial böhran  daha da dərinləşdi. Ermənistan daha da acınacaqlı vəziyyətə düşdü.

Ermənistan daxilində vətəndaş qarşıdurması, xaos, anarxiya və ciddi gərginlik yaşanır. Ermənistanda bir neçə daxili cəbhə formalaşıb və bir-birinə ittihamlar irəli sürürlər.

44-günlük müharibədə Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Ermənistan nə qədər çalışsa da öz işğalçı siyasətinə beynəlxalq  dəstək qazana bilmədi, heç bir güc Azərbaycanı haqlı davasından çəkindirə bilmədi, bir çox ölkələr isə Azərbaycanın haqqlı mövqeyini dəstəklədi.

Bu gün Ermənistanı siyasi, iqtisadi  sosial böhran bürüyüb. Əhalinin dövlətə inamı itib. Muxalifət iqtidar qarşıdurması baş verir. Ermənistan vətədaş müharibəsinin astanasıdadır. Buna baxmayaraq Ermənistan cəmiyyətində revanşist fikirlər səsləndirilir. Ermənistan Azərbaycanın parlaq qələbəsini qəbul etməli, 10-noyabr sazişinə əməl etməli, Azərbaycanın ərazi bütövlüyünü  tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir.

Bu gün Ermənistan Azərbaycanla münasibətləri normalaşmasında, əlaqələrin normal formada qurulmasında, nəqiliyyat və kommunikasiya xətlərinin açılmasında özü də maraqlı olmalıdır. Bu yolla Ermənistan öz iqtisadi inkişafını təmin edə bilər. Əks halda Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaq.


Açar sözlər: