26.05.2021

Minifutbol üzrə zona birinciliyi keçirilib

24-25 may tarixlərində Lənkəran Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinə daxil olan minifutbol üzrə zona birinciliyi keçirilib.

Zona birinciliyində Lənkəran, Astara, Masllı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının komandaları iştirak edib.

Lənkəran komandası II yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli, Təhsil Nazirliyinin nümayəndəsi Elnur Əliyev, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və başqaları iştirak ediblər.

Məlumat üçün bildiririk ki, idman yarışı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq təşkil edilib.


Açar sözlər: ,