25.05.2021

Kitabxana rəhbərləri ilə görüş

Mayın 24-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və metodkabinet müdiri Zaur Ağazadənin iştirakı ilə rayon ümumtəhsil məktəblərində çalışan Kitabxana rəhbərləri və işçiləri ilə Microsoft Teams platforması üzərindən onlayn görüş keçirilib.  

Onlayn görüşün təşkil olunmasında məqsəd məktəblərdə kitabxana işinin təşkil olunmasına dəstək, kitabxana rəhbərlərinin fəaliyyətinin istiqamətlərinin araşdırılması  və  bu məsələlərdən irəli gələn tələb və təkliflərin müəyyənləşdirilməsidir.

Tədbirdə Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə xanım Əliyeva çıxış edərək məktəblərdə kitabxana işinin təşkili,  kitabxana işçilərinin vəzifə öhdəliklərindən irəli gələn işlərin  yerinə yetirilməsi  haqqında tapşırıqlarını verib.

 Daha sonra Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Zaur Ağazadə, metodist Azər Məmmədov da çıxış edərək kitabxana işinin fəaliyyəti haqqında geniş məruzə etdilər.  Görüşdə şəhər 4 nömrəli məktəbin kitabxanaçısı  Zabitə Qurbanova,   7 nömrəli məktəbin kitabxanaçısı İlkanə İsrafilova,  İstisu qəsəbə tam orta məktəbinin kitabxanaçısı Səlminə Əliyeva və Şovu kənd tam orta məktəbinin kitabxanaçısı  Xoşgül Rüstəmova çıxış edərək öz təcrübələrini bölüşdülər.

Eyni zamanda kitabxana işinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə görüləcək yaradıcı tədbirlər barədə təkliflər irəli sürülüb.


Açar sözlər: ,