22.05.2021

Məntiq yarışı keçirilib

Mayın 22-də M.Həsənov adına Şilavar kənd tam orta məktəbində xüsusi karantin rejimi qaydalarına riayət edilməklə Təhsil Nazirliyinin tədbirlər planına əsasən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə məntiq yarışı keçirilib.

Yarışda məktəbin V-IX sinifləri əhatə edən komandalar iştirak edib. Turan komandası qalib olub və qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunub.


Açar sözlər: ,