21.05.2021

"Ümumtəhsil müəssisələrində peşə yönümlü xitmətin təşkili" mövzusunda tədbir keçirilib

Mayın 21-də Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Peşə Liseyinin birgə təşəbbüsü ilə Microsoft Teams platforması üzərindən "Ümumtəhsil müəssisələrində peşə yönümlü xitmətin təşkili" mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, metodkabinet müdiri Zaur Ağazadə, Lənkəran Peşə Liseyinin rəhbəri Afər Kərimov, Peşə liseyin mühəndis pedaqoji heyyəti və ümumtəhsil məktəblərin direktorları iştirak edib.

Görüş zamanı Azərbaycanda Peşə Təhsili istiqamətində gedən islahatlar, peşə təhsilinin vətəndaşlara əmək bazarına inteqrasiya etmələri üçün yaratdığı perspektivlər, PTM qəbul qaydaları, peşə təmayüllü siniflər, Lənkəran Peşə Liseyinin yenidənqurulması layihəsi, orta ümümtəhsil məktəblərində daha erkən yaşlardan peşəyönümlü işlərin aparılması, əməkdaşlıq imkanları müzakirə olunub.


Açar sözlər: