11.05.2021

Lənkəran məktəblilərinin növbəti uğuru

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildünümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə yekun vurulub.

Müsabiqədə 7-14 yaş qrupu üzrə Bəstəkar mahnıları nominasiyası üzrə Lənkəran şəhər H.Aslanov adına 3 N-li tam orta məktəbinin şagirdi Kərimova Mələkxanım Azad qızı III yeri tutaraq qalib olub.

Onlayn müsabiqədə Lənkəran məktəblərinin bir neçə şagirdləri də müxtəlif yaş kateqoriyası üzrə Həvəsləndirici yerə layiq görülüblər.

Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi qalibləri təbrik edir, onlara təhsildə və yaradıcılıq fəaliyyətində ugurlar arzulayir.


Açar sözlər: