Lənkəran rayonu ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsində 124 şagirdimiz iştirak edib və iştirakçılardan 27 nəfər final mərhələsinə vəsiqə qazanıb.
Lənkəran ŞTŞ-nın kollektivi yüksək nəticə göstərən bütün şagirdlərimizi təbrik edir, onlara final mərhələsində uğurlar arzulayır.
Qeyd edək ki, mayın 8-də Lənkəran rayonu ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib.
Olimpiada müsabiqəsi mövcud pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilib.
Ölkə üzrə V sinif şagirdləri arasında 107 mərkəzdə məntiq olimpiadasının rayon (şəhər) mərhələsi təşkil edilib. Şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri müəyyənləşdirmək məqsədiylə keçirilən bilik yarışına iştirakçıların 20%-i-nin növbəti mərhələyə keçməsi qərara alınıb.