Mayın 8-də Lənkəran rayonu ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib.
Olimpiada müsabiqəsi mövcud pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2020-ci il tarixli sərəncamından irəli gələrək Təhsil Nazirliyi və AMEA tərəfindən hazırlanmış birgə tədbirlər planına əsasən Məntiq olimpiadası respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.