4-8 may tarixlərində Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Təhsil şurasının iş planına əsasən İ.Hüseynov adına Osakücə kənd tam orta məktəbində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.
Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların yerlərdə icrası yoxlanılıb.
Məktəblərdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və şagird kontingentinin Nazirliyin təlimata uygun olaraq siniflərdə yerləşdirilməsi prosesi izlənilib, aparılan dərs prosesləri yoxlanılıb.
Monitorinqlə yanaşı məktəbin IX siniflərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin tədrisi vəziyyətinin yoxlanılması məqsədi ilə test keçirilib.
Monitorinqin sonunda məktəb rəhbərliyinə və pedaqoji kollektiviə tapşırıq və tövsiyyələr verilib.