06.05.2021

“Məktəbdə psixoloji işin təşkilində ailə və ictimaiyyətin rolu” mövzusunda onlayın iclas keçirilib

Mayın 6-da rayonun ümumtəhsil məktəblərində çalışan tərbiyə işləri üzrə direktor müavinləri, psixoloq və məktəb-valideyn təşkilatları rəhbərlərinin iştirakı ilə Microsoft Teams platforması üzərindən Beynəlxalq Ailə Günü münasibətilə “Məktəbdə psixoloji işin təşkilində ailə və ictimaiyyətin rolu” mövzusunda geniş tərkibdə onlayn iclas keçirilib.

İclası giriş sözü ilə Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə xanım Əliyeva açaraq mövzu ilə bağlı ətraflı çıxış edib və  tövsiyələrini verib.

Tədbirdə ŞTŞ-nin metodkabinet müdiri Z.Ağazadə, metodist Ü.Əliyeva çıxış edib. Onlayn tədbirdə Lənkəran rayonu Kənarmeşə kənd tam orta məktəbinin psixoloqu G.Babayeva, İstisu qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi S.Quliyev, Boladi kənd 1 nömrəli tam orta məktəbinin psixoloqu K.Səfərova  mövzuya dair məruzələr söyləyib.

Şəhər 10 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş E.Quliyev məktəblərdə tərbiyəvi təşkilat işinin təşkili barədə maraqlı fikirlər  bildirib və təkliflər söyləyib. 

Onlayn görüşdə  valideynlər Anar Kakayev, Aydın Alxaslı, Nicat Babayev də cıxış edərək, görüşlə bağlı öz təəssüratlarını bildirib və təkliflər irəli sürüblər.


Açar sözlər: ,