30.04.2021

Təhsil Şürasının növbəti onlayn iclası

Aprelin 30–da Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti onlayın iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Sabir Əliyev və Vüqar Şahbazov rayonun Aşağı Nüvədi qəsəbə, Tütəpeştə kənd ümumi orta məktəblərində, metodkabinet müdiri Zaur Ağazadə Havzava kənd tam orta məktəbində xüsusi karantin rejimi dövründə aparılmış monitorinqin nəticələri barədə, şöbənin metodisti Ülviyyə Əliyeva rayonun Şıxəkəran, Şovu, Girdəni, Tatova kənd tam orta məktəblərində Azərbaycan tarixi fənninin tədrisi vəziyyəti monitorinqinin nəticələri barədə geniş məlumat veriblər. Müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

Təhsil Şöbəsinin müdiri Ülviyyə xanın Əliyeva sərbəst güləş üzrə Respublika çempionatında birinci yer tutmuş və Avropa birinciliyinə vəsiqə qazanmış Separadi kənd tam orta məktəbinin X sinif şagirdi İspərov Yusif Asif oğlunu və onu yarışlara hazırlayan Separadi kənd  tam orta məktəbinin fiziki tərbiyə müəllimi Rzayev Baba İbrahim oğlunu Təhsil Şöbəsinin Fəxri fərmanı ilə təltif edib, onları bir daha təbrik edərək uğurlar arzulayıb.

Şura iclasında şöbənin əməkdaşları N.Əkbərov, V.Şahbazov, C.Axundzadə cari məsələlər barədə məlumat veriblər.

Sonda Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən bəhs  edib.


Açar sözlər: ,