Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.
Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayonu Səpnəkəran, Vel, Göyşaban, Ürgə kənd tam və Şağlaser kənd ümumi orta məktəblərinin direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri, kitabxana müdirləri və həyat bilgisi fənnini tədris edən müəllimlər iştirak edib.
Çıxışlar zamanı şagirdlərin milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib.
Natiqlər, məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.