29.04.2021

Pandemiya və Azərbaycan

Hər bir dövlətin sütunu onun iqtisadi dayaqlarından asılıdır. Dövlətin istər xarici, istərsə də daxili siyasətində iqtisadiyyat ən önəmli rola malik məsələlər sırasında sayılır.

Məlumdur ki, 2019 cu ilin sonundan bütün dünyanı cənginə alan COVİD-19 virusu öz zərərli tərəflərini günü bu gün də göstərməkdədir. İnsanlar arasında böyük sürətlə yayılan bu virusun qarşısını almaq əksər halda qapanma yolu ilə zərərsizləşdirilir. Lakin qapanmaların olması ilə dövlət və ya özəl müəssisələr fəaliyyətlərini müəyyən müddət dayandırır. Pandemiyaya görə qapanmalar bütün dövlətlərdə aparılmışdır. İqtisadiyyatı zəif olan dövlətlər buna tap gətirə bilmir iqtisadiyyatları çökür. Qapanmaların olması Sözsüz ki, ən arzuolunmaz haldır. Lakin, qapanmalar olmasa virusun qarşısını almaq çətinləşər. Bunun qarşısını almağın tək yolu isə əhaliyə və özəl müəssisələrə pul yardımlarının edilməsidir. Ən arzuolunmaz hal kimi işsiz qalan insanlar, iqtisadiyyatda yaranan durğunluq və s. misal göstərmək olar. Bütün bunlar dövlətin məsuliyyətinə daxil olur. Bu zaman isə iqtisadiyyatın nə dərəcədə dayanıqlı olması önə çıxır.

Azərbaycanda COVİD-19 virusuna ilk yoluxma başladığı vaxtdan bir sıra sahələrdə qapanmalar oldu. İnsanlar işsiz qaldılar, özəl müəssisələr fəaliyyətlərini dayandırdı. Dövlət müəssisələrində isə maaşlar 100% saxlanıldı. Bu zaman Azərbaycan prezidentinin əmri ilə işsiz olan vətəndaşlara aylıq yaşayış minimumunu təmin edən yardım paketi ayrıldı. Rəsmi şəkildə qeydiyyata alınmış dövlət müəssisələrinin hər birinə yardım edildi. Bütün bu vəsaitlər dövlət büdcəsindən ayrıldığı halda eyni zamanda iqtisadiyyatı ayaqda saxlamaq ən əsas şərtlərdən biri idi.

Bir neçə müddətdir ki, dünyanın bəzi dövlətləri COVİD-19 virusuna qarşı peyvənd hazırlamağa çalışırlar. Bunlara Sputnik, Sinovac, Astra-zeneka və s vaksinləri misal göstərmək olar. Pandemiya dövründə bütün dövlətlər çətin vəziyyətə düşsələr də artıq bu vəziyyətdən qurtuluş yolu kimi vaksinasiya qeyd edilə bilər. Bu vaksinlər artıq növbəli şəkildə ölkəmizə də idxal edilmişdir. Vaksinasiya prosesini isə hissə-hissə aparan Azərbaycan əsasən dövlət müəssisələrində çalışan işçilərin əvvəlcə vaksinasiya prosesini təşkil etdi. Buraya həkimlər, polislər, müəllimlər və s daxil edilə bilər. Artıq əhalinin 14%-i yəni 1 milyon 400 min nəfər vaksinasiya olunmuşdur. Bu dövrdə dünya ölkələri arasında vaksin əldə etmək o qədər də asan məsələ deyildir. Çünki, vaksinlərin 53%-i 30 dan çox varlı dövlət tərəfindən sifariş edilmişdir. Dünyanın kasıb dövlətləri bu vaksini əldə etməyə çətinlik çəkir. Azərbaycan bu mənada yenə də öz humanizmini göstərdi. Vaksinasiyanın dünyada bərabər şəkildə paylanması uğrunda mübarizəsini Azərbaycan qoşulmama hərəkatının sədri kimi apardığını bəyan etmişdir. Azərbaycan dünyanın kasıb dövlətlərinə bir sıra yardımlar paketi göndərmişdir. Bu yardımlar dünyanın 30-a yaxın kasıb dövlətlərinə humanitar və maliyyə şəklində verilmişdir.

İnanırıq ki, Azərbaycan bu pandemiyada tam olaraq iqtisadiyyatın sağlamlığını qoruyub saxlaya biləcək.