Aprelin 28-də xüsusi karantin rejimi qaydalarına riayət edilməklə Lənkəran Şəhər Təhsil Şöbəsinin rəsmi “Facebook” səhifəsinin yaranmasının 5 yaşı qeyd olunub.
28 aprel 2016-cı ildə yaradılmış “Facebook” səhifəsinin 6000-ə yaxın izləyicisi vardır. Təhsil Şöbəsinin rəsmi facebook səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təhsil sahəsində həyata keçirdiyi islahatlar, ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı, Təhsil Nazirliyi tərəfindən verilən təlimatların icrası istiqamətində rayonumuzun ümumtəhsil məktəblərində görülən işlər müntəzəm olaraq işıqlandırılıb.
“Facebook” səhifəsində Lənkəran təhsilinin uğurları, əldə edilən nailiyyətlər, qazanılan müvəffəqiyyətlər, gənc nəslin vətənpərvərlik tərbiyəsi, adət-ənənələrimizə hörmət, şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına qayğının göstərilməsi, rayonumuzun sosial-iqtisadi tərəqqisi, vətəndaşlarımıza dövlət qayğısı, ümumiyyətlə, Lənkəran təhsili sahəsində həyata keçirilən tədbirlər, qarşıya qoyulan məsələlər müntəzəm olaraq izləyicilərə çatdırılır.
“Facebook” səhifəmiz dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində öz səyini əsirgəməyəcək, müstəqil ölkəmiz üçün layiqli nəsil yetişdirilməsinə töhfələrini artıracaqdır.
Qeyd edək ki,Təhsil sahəsində görülən işlər, yeni layihələr, bir sözlə, sizi maraqlandıran bütün məlumatlarla rəsmi internet səhifəsi (https://lankaran.edu.gov.az), "Facebook" səhifəsi (https://www.facebook.com/lankaranedu.gov.az) və "Youtube" kanalı (https://www.youtube.com/channel/UCQvOAjaPbJ42CUNF0oUtKKw) ilə yanaşı, "Instagram" (https://www.instagram.com/lankaranedugovaz/), "Twitter" (https://twitter.com/lankarangovaz) və "Telegram" (https://t.me/lankaranedugovaz) hesabları üzərindən də tanış ola bilərsiniz.
Bizi izləyin ki, təhsillə bağlı mühüm məlumatlardan anında xəbərdar olasınız.