28.04.2021

Monitorinqlər davam edir

Aprelin 28-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, şöbənin aparıcı məsləhətçiləri Mais Quliyev və Cəmil Axundzadə Təhsil şurasının iş planına əsasən V.Süleymanov adına Türkəkəran kənd ümumi orta məktəbində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.

Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların yerlərdə icrası yoxlanılıb.

Məktəblərdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və şagird kontingentinin Nazirliyin təlimata uygun olaraq siniflərdə yerləşdirilməsi prosesi izlənilib, aparılan dərs prosesləri yoxlanılıb.

Monitorinqin sonunda məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə tapşırıq və tövsiyyələr verilib


Açar sözlər: ,