27.04.2021

Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Lənkəran Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, həm ənənəvi, həm də onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunacaq.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

Daha operativ xidmət göstərmək üçün 4-ü şəhər, 6-sı kəndlərdə olmaqla 10 Alternativ qeydiyyat mərkəzi müəyyən olunub.

 

              Məktəblərdə əyani və onlayn olmaqla fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri

 

1. T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəb

2. H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəb

3. V.Əliyev adına şəhər 4 nömrəli tam orta məktəb-lisey

4. Liman şəhər İ.İ.Mahmudov adına 1 nömrəli tam orta məktəb

5. Gəgiran kənd tam orta məktəb

6. Şürük kənd tam orta məktəb

7. Şağlaser kənd A.Əsədullayev adına ümumi orta məktəb

8. N.Axundov adına Boladi kənd 1 nömrəli tam orta məktəb

9. Xanbulan qəsəbə tam orta məktəb

10. Osakücə kənd İ.Hüseynov adına tam orta məktəb

 

Valideynlər digər bütün hallarla bağlı www.mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatı prosesinə aprelin 27-dən, Azərbaycan dilində tədris aparılan bölmə üzrə birinci siniflərə elektron sorğu yerləşdirmək prosesinə isə aprelin 29-dan etibarən başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə müraciət etmək istəyən valideynlər aprelin 29-dan www.mektebeqebul.edu.az elektron sistemində şəxsi kabinetlərinə daxil olaraq övladlarını müsahibəyə yaza bilərlər.

Müsahibədə iştirak edərək uğur qazanmış uşaqların həmin bölmə üzrə məktəb seçimi prosesinə isə iyun ayında başlanılması nəzərdə tutulur.


Açar sözlər: ,