26.04.2021

Monitorinqlər davam edir

Aprelin 26-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və şöbənin aparıcı məsləhətçisi Vüqar Şahbazov Təhsil şurasının iş planına əsasən S.Ələmov adına Biləsər kənd tam orta məktəbində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.

Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların yerlərdə icrası yoxlanılıb.

Məktəblərdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və şagird kontingentinin Nazirliyin təlimata uygun olaraq siniflərdə yerləşdirilməsi prosesi izlənilib, aparılan dərs prosesləri yoxlanılıb və məkətbin ingilis dili müəllimi Əliyeva Elvira Firudin qızının dərsi dinlənilib.

Monitorinqin sonunda məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə tapşırıq və tövsiyyələr verilib