20.04.2021

LŞTŞ müdiri videoqəbul formatında vətəndaşları qəbul edib

Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ) müdiri Ülviyyə xanım Əliyeva videoqəbul formatında vətəndaşları qəbul edib.

Şöbə müdiri vətəndaşların müraciətini dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Videoqəbulda vətəndaşlar tərəfindən qaldırılmış məsələlər qeydiyyata alınıb, məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Qeyd edək ki, videoqəbulun təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların LŞTŞ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir. Videoqəbulda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

LŞTŞ tərəfindən keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Lənkəran ŞTŞ-nin Telefon Məlumat Mərkəzinə (+99450-839-49-00) zəng etməklə məlumat ala bilərlər.