16.04.2021

Gizlədilmiş həqiqətlər

İrəvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən birib olmuşdur. Qədimdə yalnız Azərbaycan türklərinin  məskəni   olan şəhərin adı  orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan  kimi qeyd edilmişdir.

XIX -əsrin əvvəllərində  rus  qoşunları tərəfindən  işğalından sonra  şəhərin adı  Erivan  kimi  yazılmış, daha sonralar Erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan  adlandırılmışdır.

Erməni tarixçiləri Yerevan adlandırdıqları şəhərin adının Urartu  çarı  I Argiştin  dövründə salınmış  Erebuni qalasının adı ilə bağlamağa  çalışmışlar.  Halbuki  araşdırmalar nəticəsində aşkar olub ki,  urartuların  ermənilərlə heç bir aidiyyəti  olmadığı  kimi  qədim  Erebuni qalasının da  indiki İrəvan  şəhəri  ilə nə məkan, nə də  tarixi baxımdan  əlaqəsi olmamışdır. 

İrəvan  şəhəri  və  onun  ətrafındakı yaşayış məntəqələri, küçələrin, məhəllələrin, çayların göl, bulaqların  əksəriyyətinin adlarının  Azərbaycan türkcəsində  olması bir daha onun  azərbaycanlıların  qədim   yaşayış  məskəni olmasını  subut edir. İrəvan  qalası  şəhərə  gələn səyyahlarında diqqət  mərkəzində olmuş, onun haqqında maraqlı məlumatlar  vermişlər.

XIX  əsrdə   Rus imperiyası  üçün  strateji  cəhətdən əlverişli mövqedə yerləşən  İrəvan  qalasını ələ keçirmək çox  əhəmiyyətli idi.  1827-ci il oktyabrın 1-də İrəvan qalası ruslar tərəfindən ələ keçirildi. 1828–ci il Türkmənçay 1829-cu il Ədirnə müqaviləsinin imzalanmasından sonra  İran və Osmanlı imperiyasında  yaşayan ermənilərin  kütləvi  surətdə İrəvan, Naxçıvan və Qarabağ  xanlıqlarının ərazisinə köçrulməsi nəticəsində şəhərdə demoqrafik vəziyyət  tədricən ermənilərin xeyrinə dəyişdi. Tarix inisututunda  aparılan tədqiqatlar nəticəsində sübut edilib ki,  1918- ci ilə  qədər  Cənubi Qafqazda  heç  zaman Erməni  dövləti olmayıb. Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisi–həm  Antantanın, həm də  Almaniya –Osmanlı  blokunun  üzvləri  arasında  ermənilərə dövlət  yaratmaq  barədə ümumi  fikir formalaşmışdı.  Rusiya, İngiltərə, Fransa və ABŞ  gələcək erməni  dövlətinin  Osmanlı imperiyası ərazisində Şərqi Anadoluda yaradılmasına tərfdar idilər. Osmanlı imperiyasının bəzi  siyasi  dairələri isə   “erməni  təhlükəsi” ni  özündən yəni  Şərqi Anadoludan  uzaqlaşdırmaq üçün erməni dövlətini imperiya sərhədləri   xaricində - Azərbaycan torpaqlarında  yaradılmasına calışırdılar. Azərbaycan tərəfinin real olaraq, həm  böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin  bütün ərazilərində  soyqırımları  həyata keçirən  daşnak-erməni silahlı  birləşmələrinə və  onların  arxasında duran  dövlətlərə müqavimət göstərəcək  gücü yox idi. Ona görə də Azərbaycan  milli hərəkatının xadimləri  ermənilərə  dövlət  yaratmaq  məsələsində  Osmanlı dövlətinin  bəzi siyasi  dairələrinin diktəsi ilə  hərəkət etdilər, daha doğrusu buna məcbur idilər. Yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi Osmanlı tərəfinin vasitəçiliyi ilə   ermənilərə  dövlət  yaratmaqdan ötrü hansı  Azərbaycan  torpaqlarının verilməsini müəyyən etməkdən  üçün   erməni  tərəfi  ilə danışıqlara girdi. Batumi  danışıqları zamanı ermənilərin  özlərinə  mərkəz kimi iddia etdikləri  Qars və Gümrü  (Aleksandropol ) artıq Osmanlı  hərbi qüvvələri  tərəfindən zəbt  olunmuşdu  və Osmanlı dövləti  bu şəhərlərdən  hər hansı  birinin danışıqlar mövzusu olmasına  imkan vermədi. Beləliklə İrəvan məsələsi gündəmə gətirildi. Danışıqlar zamanı  Azərbaycan ərazisində dövlət yaratmaq  üçün ermənilərə torpaq veriləcəyi  halada erməni tərəfi Azərbaycan və Osmanlı tərəfi  qarşısında  bir sıra öhtəlikləri yerinə yetirməyi  üzərinə götürdü.

1918-ci il mayın  29-da  Tiflisdə  Azərbaycan  Milli  Şurasının iclası keçirildi. İclasın 3 nömrəli  protokoluna görə Azərbaycan Xalq Cümhuriyyətinin baş  naziri  Fətəli  xan Xoyski    məruzəsində  Erməni   federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım  olduğunu  belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir. Beləliklə Azərbaycan Milli  Şurası qərarına əsasən ermənilərə dövlət yaratmaq  üçün  İrəvan  və  ətrafında 9 min  kvadratkilometr sahəsi olan Azərbaycan torpaqları verilmişdir.  Lakin ermənilər çox keçmədən Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Təcəvüzkar Ermənistan 1988-1994 illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlardan ibarət daha 17  min kvadratkilometrlik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı  soyqırımını törətdi.

Lakin Azərbaycan  silahlı qüvvələri Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əkshücum  nəticəsində 27- il işğal altında olan Azərbaycan torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi. 

Dekabrın 10-da Azadlıq meydanında kecirilmiş Qələbə paradında çıxış etmiş prezident İlham Əliyev Qərbi Azərbaycanın ərazisi ilə bağlı tarixi həqiqətləri bir daha  səsləndirdi. Prezident çıxışlarında hər dəfə İrəvan, Zəngəzur, Göyçənin  bizim tarixi  torpaqlarımız  olmasını bəyan edir.  

Biz öz tarixi torpaqlarımıza geri dönəcəyik.


Açar sözlər: