15.04.2021

Monitorinqlər davam edir

Aprelin 15-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və şöbənin əməkşları Təhsil şurasının iş planına əsasən şəhər 10 nömrəli tam orta orta məktəbində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.

Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin pandemiya şəraitində tədris müəssisələrinin idarə olunması və müvafiq əmr və göstərişlərdən irəli gələn tapşırıqların yerlərdə icrası yoxlanılıb.

Məktəbdə sosial məsafələrin qorunması, siniflərin dezinfeksiya olunması və şagird kontingentinin Nazirliyin təlimata uygun olaraq siniflərdə yerləşdirilməsi prosesi izlənilib və aparılan dərs prosesləri yoxlanılıb.

Monitorinqin sonunda məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə tapşırıq və tövsiyyələr verilib.


Açar sözlər: ,