Cənab İlham Əliyevin şəhid ailələri və müharibə əlilərinə qayğısı və diqqəti hər kəsə şəhid ailələrinə münasibətin necə olmasının nümunəsini göstərir. Prezdentimizin şəhid ailələri və müharibə iştirakçıları ilə görüşməsi, onlarla səmimi söhbət etməsi onlara bir daha göstərdi ki dövlət də, ölkənin lideri də hər zaman onların yanındadır, daim onlara sahib çıxıb və bundan sonrada çıxacaqdır.
Görüşlər zamanı dövlət başçısın səsləndirdiyi dəyərli fikirlər və şəxsən şəhid anasının ayağa qalxmasına razı olmayaraq özünün ahıl insanlara yaxınlaşması bir daha şəhidlərimizin və onların ailələlərinin nə qədər dəyrli olduğunu nümayiş etdirdi. Bu səhnə Azərbaycan dövlətinin, xususilə Prezidentimizin şəhidə, şəhid ailələrinə, müharibə iştirakçılarına necə sahib çıxdığının əyani təsdiqi idi. Ölkəmizin başçısı Cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı onun imzaladığı sərəncam və fərmanlarda əks olunur. Son bir neçə ayda görülmüş işlər, Vətən müharibəsi iştirakçılarını və şəhid ailələrindən olan 7 (yeddi) min şəxsi əhatə edir. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Bununla əlaqədar yeni təqaüd növü “Vətən müharibəsi qəhrəmanı” təqaüdü təsis edilib. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi butövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiyəsi ilə əlaqədar əlilliyi müyəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı həmin kateqoriyadan olan əhali qrupuna dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.
Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinə bu kotiqoriyadan olan şəxslərin 2021-2025 illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planının təsdiq edilib həyata keçirilməsi tapşırılıb. Həmçinin Sərəncamda yerli icra hakimiyyəti orqanlarına bu şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri, Nazirliyin müraciəti əsasında həmin şəxslərin mənzil və fərdi evlə təminatı məqsədləri üçün torpaq sahələrinin ayrılması tapşırılıb. Prezident İlham Əliyevin Fərmanı ilə YAŞAT fondunun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirir. Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi tərəfindən mənzilə təminat programının davamı olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli ) yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ muharibəsi əlili mənzil və fərdi evlə təmin olunub. Bütün bunlar Azərbaycan prezdenti Cənab İlham Əliyevin səhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi diqqət və qayğının bariz numünəsidir.
Xalqımız bu diqqət və qayğını yüksək dəyərləndirir və hər zaman dövlət başçısının yanındadır və onun apardığı məqsədyönlü daxili və xarici siyasəti dəstəkləyir.