Aprelin 8-də Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri V.Şahbazov və C.Axundzadə rayonun Bəliton, Günəhir kənd tam və Türkəncil kənd ümumi orta məktəblərinin rəhbər heyyəti və buraxılış siniflərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlərin iştirakı ilə mövcud pandemiya qaydalarına uyğun şəkildə zona seminarı keçirib.
Seminarda 2019-2020-ci tədris ilində IX siniflərdə imtahan nəticələrinin təhlili və bu istiqamətdə irəliləmə və bəzi hallarda geriləmə dinamikası müzakirə olunub. Məhsuldar iş prosesində keçən seminarda mövcud karantin şəraitində tədrisin təşkili, fənn olimpiadalarının rayon turunun nəticələri ətraflı müzakirə olunub.
2020-2021-ci tədris ilində nəticələrin yüksəldilməsi üçün tövsiyyə və tapşırıqlar verilib.
Zona seminarları davam edir.